Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iki ölkə arasındakı münasibətlərin cari vəziyyətini müsbət qiymətləndirib. Nazir qeyd edib ki, tərəflər arasında ilk mərhələdə sərhədin üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açılması barədə razılıq əldə olunub.
NOCOMMENT.az xəbər verir ki, Mirzoyan dialoqun konkret nəticələr verdiyini vurğulayıb: "Türkiyə ilə gözəl dialoq qurulub. Məsələn, dünən nümayəndələrimiz Türkiyə-Ermənistan sərhədində yerləşən tarixi Ani körpüsünün birgə bərpası haqqında memorandum imzalayıblar. Aramızda birbaşa aviabreyslər fəaliyyət göstərir, lakin ümumilikdə sərhəd hələ də bağlıdır".
Nazirin sözlərinə görə, bəzi razılaşmalar artıq icra olunur, bəziləri hazırlıq mərhələsindədir, bir qismi isə gələcəkdə həyata keçirilməlidir. Bu açıqlama bölgədə davam edən normallaşma prosesinin mühüm göstəricisi kimi qiymətləndirilir.
Sara,
NOCOMMENT.az










