Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda gənc taekvondoçular arasında Avropa birinciliyi davam edir.
NOCOMMENT.az xəbər verir ki, yarışın ilk günündə 1 medal qazanan Azərbaycan millisi bu gün aktivinə daha 2 mükafat əlavə edib.
Komandamızds Səyyad Dadaşov (51 kq) və Zemfira Həsənzadə (42 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxmaqla, Azərbaycan himnini səsləndiriblər.












