UEFA Ukraynanı cərimələdi – Bu yazıya görə

UEFA Ukraynanı cərimələdi – Bu yazıya görə

UEFA Ukrayna Futbol Assosiasiyasını (UFA) 2026-cı il dünya çempionatının seçmə mərhələsində İslandiya ilə oyun zamanı azarkeşlərdən birinin qaldırdığı “Russia is a terrorist state” (“Rusiya terrorçu dövlətdir”) yazılı bannerə görə 15 min avro məbləğində cərimələyib.

NOCOMMENT.az xəbər verir ki, qurumun açıqlamasında bildirilib ki, bu tip bannerlər siyasi məzmun daşıdığı üçün “idman tədbirində qəbuledilməz, provokativ və təhqiramiz xarakterlidir”.

UEFA eyni səbəblə daha bir 15 min avroluq cərimə tətbiq edib. Bu dəfə cərimə “Ukrayna – Bosniya və Herseqovina” arasında keçirilən AVRO-2024 pley-off matçında azarkeşlərin həmin banneri yenidən açmasına görə verilib.

Beləliklə, Ukrayna Futbol Assosiasiyası ümumilikdə 30 min avro cərimə ödəyəcək.