İmran Xan ümumi seçkilərdə deputatlığa namizəd olacaqbackend

İmran Xan ümumi seçkilərdə deputatlığa namizəd olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistan Ədalət Fəaliyyət Partiyasının (PTI) lideri Gohar Xan, həbsdə olan keçmiş baş nazir İmran Xanın 8 fevral 2024-cü ildə keçiriləcək ümumi seçkilərdə həbsxanadan parlament namizədi olacağını açıqladı.

NOCOMMENT.az xəbər verir ki, yerli mediada yer alan xəbərə görə, Ravalpindidə mətbuata açıqlama verən Gohar Xan, məhbus İmran Xanın İslamabad, Lahor və Mianvalidən keçiriləcək ümumi seçkilərdə parlament üçün yarışacağını bildirib.

Ekspertlər Xanın seçkilərdə iştirakının çox vaxt aparacağını deyirlər. Keçmiş baş nazirin texniki baxımdan parlamentə düşmək hüququna malik olduğunu, lakin ona qarşı çoxlu işlərin olduğunu qeyd edib.

Xatırladaq ki, İmran Xan avqustun 5-də mühakimə olunduğu korrupsiya işi üzrə məhkəmə onun barəsində həbs qərarı çıxardıqdan sonra polis tərəfindən tutularaq həbsxanaya göndərilib.