Avrora Qrup ərzaq stokunu artırmaq üçün gücləndirilmiş iş rejiminə keçib

Avrora Qrup ərzaq stokunu artırmaq üçün gücləndirilmiş iş rejiminə keçib

Avrora Qrup ölkədə koronavirus (COVİD-19) pandemiyası ilə mübarizə çərçivəsində bütün istehsal müəssisələrini dezinfeksiya edərək, çalışanlarını xüsusi geyim forması ilə təmin edib.

NoComment.az bildirir ki, şirkət əhalinin qida təminatını nəzərə alaraq ərzaq stokunu artırmaq üçün gücləndirilmiş iş rejiminə keçib.

Bundan başqa əhalinin ərzaq təminatını nəzərə alaraq Avrora Qrupa daxil olan Makaron Fabriki, Dəyirman və Un Zavodu Kompleksi, Qazlı İçkilər Zavodu və Biskvit Fabriki tam gücü ilə fəaliyyətini davam etdirir.
Eyni zamanda şirkətin pərakəndə qolu olan Grandmart və Bolmart Supermarketlər Şəbəkəsi də fəaliyyətini gücləndirilmiş formada davam etdirir və xalqımıza xidmət göstərir.

Məlumat üçün bildirək ki, Avrora Qrup 800-dən çox brendin rəsmi təmsilçisidir. Şirkət ölkəmizə idxal etdiyi qida məhsullarının dağıtımında da heç bir problem olmayacağı barədə əhaliyə təminat verir.