Azərbaycanda qida sektorunun aparıcı şirkətlərindən biri, ölkəmizin qida təhlükəsizliyində aparıcı mövqelərdən birini tutan Avrora Qrup ölkə başçısı cənab İlham Əliyevin Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fondunun hesabına 200 000 manat vəsait köçürüb.
AVRORA Qrupdan NoComment.az-a verilən məlumata görə, koronovirusla bağlı Dövlətin qəbul etdiyi qərarlara dəstək məqsədi ilə şirkətin Bizon Energy və Berg Energy brendi yüzdən çox 65 yaş üzəri tənha və kimsəsiz insanlara iki ay boyunca ərzaq yardımı edəcəyini elan edib.
Ərzaq yardımlarının paylanmasına bugündən etibarən start verilib.












