"Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,23 ABŞ dolları və ya 1,3 faiz artaraq 95,16 ABŞ dollarına yüksəlib.
NOCOMMENT.az-a neft bazarındakı mənbədən verilən məlumata görə, əvvəlki hərraclarda Azərbaycan neftinin bir barelinin qiyməti 93,93 ABŞ dolları olub.
Hərracların nəticələrinə əsasən, "Brent" markalı neftin sentyabr fyuçerslərinin qiyməti isə 91,92 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində hesablanıb.











