Azərenerji-nin 3 milyon manatlıq tenderinin qalibləri – SİYAHI

Azərenerji-nin 3 milyon manatlıq tenderinin qalibləri – SİYAHI

“Azərenerji” ASC avtomobillərin ehtiyyat hissələrinin (1), elektrik mallarının (2), eləcə də müxtəlif növ kompüter avadanlıqları və aksessuarların (3) satın alınması ilə bağlı elan etdiyi 3 açıq tenderə yekun vurub.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderlərin qalibi müvafiq olaraq “Novum Fmcg”, “Buta Supply”“İnfinitech” MMC-lərdir.

Qalib şirkətlərə müvafiq olaraq 928 min manat, 236 min manat və 746 min manat, ümumilikdə isə 1,91 milyon manat ödəniləcək.