Dünya bazarlarında neft bahalaşıb, təbii qaz isə ucuzlaşıb

Dünya bazarlarında neft bahalaşıb, təbii qaz isə ucuzlaşıb

İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair iyun müqaviləsinin dəyəri 0,22% artaraq 1 barelə görə 67,09 dollar təşkil edib.

NOCOMMENT-in məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında iyun ayında ixrac etməklə WTİ markalı neftin 1 barelinin qiyməti 0,20% artaraq 63,59 dollar təşkil edib.

Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb. Belə ki, iyunda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,004% azalaraq 2,65 ABŞ dolları təşkil edib.