İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair may müqaviləsinin dəyəri 0,03% artaraq 1 barelə görə 64,94 dollar təşkil edib.
NOCOMMENT-in məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında mayda ixrac etməklə WTİ markalı neftin 1 barelinin qiyməti 0,13% artaraq 61,64 dollar təşkil edib.
Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. Belə ki, mayda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,3% artaraq 2,649 ABŞ dolları təşkil edib.












