Dünya bazarlarında neft və təbii qaz bahalaşıb

Dünya bazarlarında neft və təbii qaz bahalaşıb

İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin may müqaviləsinin dəyəri 2,81% artaraq 1 barelə görə 27,79 dollar təşkil edib.

NoComment.AZ-ın məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında mayda ixrac etməklə WTİ markalı neftin 1 barelinin dəyəri 3,85% artaraq 24,26 dollar təşkil edib.

Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. Belə ki, apreldə çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,42% artaraq 1,662 ABŞ dolları təşkil edib.