İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair may müqaviləsinin dəyəri 0,36% azalaraq 1 barelə görə 69,38 dollar təşkil edib.
NOCOMMENT-in məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında apreldə ixrac etməklə WTİ markalı neftin 1 barelinin qiyməti 0,45% azalaraq 65,72 dollar təşkil edib.
Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb. Belə ki, apreldə çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,04% azalaraq 2,671 ABŞ dolları təşkil edib.












