İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində 1 barel Brent neftinin ixracına dair avqust müqaviləsinin dəyəri 0,52% azalaraq 68,37 dollar təşkil edib.
NOCOMMENT-in məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında iyul ayında ixrac etməklə WTİ markalı neftin 1 barelinin qiyməti 0,48% azalaraq 65,89 dollar təşkil edib.
Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb. Belə ki, iyulda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,1% azalaraq 3,019 ABŞ dolları təşkil edib.












