Dünya bazarlarında neft və təbii qaz ucuzlaşıb

Dünya bazarlarında neft və təbii qaz ucuzlaşıb

İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin may müqaviləsinin dəyəri 0,58% azalaraq 1 barelə görə 27,23 dollar təşkil edib.

NOCOMMENT.az-ın məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında mayda ixrac etməklə WTİ markalı neftin 1 barelinin dəyəri 1,31% azalaraq 24,17 dollar təşkil edib.

Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb. Belə ki, çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 1,45% azalaraq 1,64 ABŞ dolları təşkil edib.