İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair aprel müqaviləsinin dəyəri 0,56% artaraq 1 barelə görə 61,04 dollar təşkil edib. Bu, 2020-ci ilin yanvarın 7-dən bəri ən yüksək göstəricidir.
NOCOMMENT-in məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında mart ayında ixrac etməklə WTİ markalı neftin 1 barelinin qiyməti 0,78% artaraq 58,42 dollar təşkil edib.
Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. Belə ki, martda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU (British thermal unit – Britaniya istilik vahidi) üçün 0,21% artaraq 2,889 ABŞ dolları təşkil edib.












