Dünya bazarlarında neft və təbii qazın bahalaşması davam edir

Dünya bazarlarında neft və təbii qazın bahalaşması davam edir

İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair avqust müqaviləsinin dəyəri 0,54% artaraq 1 barelə görə 69,09 dollar təşkil edib.

NOCOMMENT-in məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında iyul ayında ixrac etməklə WTİ markalı neftin 1 barelinin qiyməti 0,60% artaraq 66,72 dollar təşkil edib.

Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. Belə ki, iyulda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU (British thermal unit – Britaniya istilik vahidi) üçün 1,44% artaraq 3,03 ABŞ dolları təşkil edib.