İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair aprel müqaviləsinin dəyəri 0,02% azalaraq 1 barelə görə 58,68 dollar təşkil edib.
NOCOMMENT-in məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında mart ayında ixrac etməklə WTİ markalı neftin 1 barelinin qiyməti 0,52% artaraq 55,98 dollar təşkil edib.
Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb. Belə ki, martda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,11% azalaraq 2,779 ABŞ dolları təşkil edib.











