Dünya bazarlarında neft və təbii qazın qiyməti artıb

Dünya bazarlarında neft və təbii qazın qiyməti artıb

İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair aprel müqaviləsinin dəyəri 0,71% artaraq 1 barelə görə 55,43 dollar təşkil edib.

NOCOMMENT-in məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında mart ayında ixrac etməklə WTİ markalı neftin 1 barelinin qiyməti 0,50% artaraq 52,46 dollar təşkil edib.

Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. Belə ki, martda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 6,12% artaraq 2,72 ABŞ dolları təşkil edib.