Dünya bazarlarında neft və təbii qazın ucuzlaşması davam edir

Dünya bazarlarında neft və təbii qazın ucuzlaşması davam edir

İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair avqust müqaviləsinin dəyəri 0,70% azalaraq 1 barelə görə 72,57 dollar təşkil edib.

NOCOMMENT-in məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında avqust ayında ixrac etməklə WTİ markalı neftin 1 barelinin qiyməti 0,61% azalaraq 70,61 dollar təşkil edib.

Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb. Belə ki, avqustda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 1,51% azalaraq 3,20 ABŞ dolları təşkil edib.