Dünya bazarlarında neft yenidən bahalaşıb, qaz isə ucuzlaşıb

Dünya bazarlarında neft yenidən bahalaşıb, qaz isə ucuzlaşıb

İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair aprel müqaviləsinin dəyəri 0,43% artaraq 1 barelə görə 55,88 dollar təşkil edib.

NOCOMMENT-in məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında martda ixrac etməklə WTİ markalı neftin 1 barelinin qiyməti 0,48% artaraq 52,86 dollar təşkil edib.

Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb. Belə ki, martda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,23% azalıb 2,624 ABŞ dolları təşkil edib.