Dünya bazarlarında neftin bahalaşması, təbii qazın ucuzlaşması davam edir

Dünya bazarlarında neftin bahalaşması, təbii qazın ucuzlaşması davam edir

İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair may müqaviləsinin dəyəri 0,85% artaraq 1 barelə görə 67,31 dollar təşkil edib.

NOCOMMENT-in məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında apreldə ixrac etməklə WTİ markalı neftin 1 barelinin qiyməti 0,81% artaraq 64,35 dollar təşkil edib.

Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb. Belə ki, apreldə çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,87% azalaraq 2,72 ABŞ dolları təşkil edib.