İtaliya AB ölkələrinə sərhədlərini açırbackend

İtaliya AB ölkələrinə sərhədlərini açır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliya hökuməti yeni növ koronavirusun yayılmasının qarşısını alan məhdudiyyətlərin yumşaldılması üçün iyunun 3-dən etibarən AB ölkələrinə sərhədlərini açacaq.

NOCOMMENT.az xarici mətbuata istinadən xəbər verir ki, epidemiya səbəbi ilə 3 aydır ki, fövqəladə vəziyyətə düşən İtaliya məhdudiyyətlərin yumşaldılması proseslərini davam etdirir.

Ölkə Baş Naziri bu barədə açıqlama verib. Bildirilir ki,İtaliya 3 iyundan etibarən sərhədlərini açacaq və eyni zamanda epidemioloji cəhətdən risk olmayan ölkələrdən və ya bölgələrdən gələnlər üçün 14 günlük karantin tətbiqi də aradan qaldıracaq.

Eyni zamanda iyunun 3-də xarici sərhədlərin açılması ilə yanaşı, mart ayından bəri məhdudlaşdırılan bölgələrarası səyahətlərə də icazə veriləcək.

Qeyd edək ki, İtaliyada 18 maydan etibarən mağaza, restoran və ibadət yerlərinin açılacağı bildirilib.