NOCOMMENT.az xəbər verir ki, şübhəli şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
****
Cəlilabadda 15 yaşlı yeniyetmə dayısının həyat yoldaşını qətlə yetirib.
NOCOMMENT.az xəbər verir ki, hadisə şəhərin Məhəmməd Hadi küçəsində qeydə alınıb.
Belə ki, 15 yaşlı Anar Əzizov dayısının həyat yoldaşı 27 yaşlı Səidə Cəfərovaya müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Nəticədə qadın aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Hadisədən sonra qətli törətməkdə şübhəli yeniyetmə ərazidən uzaqlaşaraq qaçıb. Onu örüş sahəsi istiqamətində hərəkət edərkən çobanlar görüb.
Yaxınlarının deməsinə görə yeniyetmənin psixoloji problemləri olub. Onun ailəsi uzun müddətdir Rusiya Federasiyasının Yekaterinburq şəhərində yaşayır. O, bir müddət əvvəl babası tərəfindən yaxın qohumlarının yaşadığı Cəlilabad rayonuna gətirilib.
Hadisənin isə Səidənin iki azyaşlı övladını baxçaya aparmaq üçün evdən çıxdığı vaxtdan sonra baş verdiyi deyilir.
Hazırda hüquq-mühafizə orqanları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən yeniyetmənin tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
***
Cəlilabad rayonunda qətl hadisəsi baş verib.
NOCOMMENT.az-ın Cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Məhəmməd Hadi küçəsində qeydə alınıb. Belə ki, Anar adlı şəxs dayısının həyat yoldaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Nəticədə qadın aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Hadisədən sonra şübhəli şəxs ərazidən uzaqlaşaraq qaçıb. Onu örüş sahəsi istiqamətində hərəkət edərkən çobanlar görüb.
Hazırda hüquq-mühafizə orqanları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.












