Azərbaycanda ər özündən 40 il cavan arvadını öldürdü

Azərbaycanda ər özündən 40 il cavan arvadını öldürdü

Sabirabadda qadın əri tərəfindən qətlə yetirilib.

NOCOMMENT xəbər verir ki, rayonun Qəzli kənd sakini 1976-cı il təvəllüdlü Eyyubova Mətanət Əlihüseyn qızı həyat yoldaşı 1939-cu il təvəllüdlü Eyyubov Yaqub Abas oğlu ilə aralarında yaranan mübahisə zamanı bir neçə bıçaq zərbəsi alıb.

M.Eyyubova yaxınlarının köməkliyi ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Hadisə yerinə hüquq-mühafizə orqanları tərəfindən baxış keçirilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.