Bakıda avtomobildən pul və qızıl əşyalar oğurlanıb

Bakıda avtomobildən pul və qızıl əşyalar oğurlanıb

Bakıda oğurluqla məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyin (DİN) Mətbuat Xidmətindən NOCOMMENT.az -a  verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşları əməliyyat keçiriblər.

Əməliyyat tədbirləri nəticəsində rayon ərazisində bir avtomobildən 1 144 manat pul və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Füzuli rayon sakini, əvvəllər məhkum olunmuş İ.Məmmədov saxlanılıb.