Bakıda dəhşət: Bacısının ərini qətlə yetirdi

Bakıda dəhşət: Bacısının ərini qətlə yetirdi

Bakının Binəqədi rayonunda qətl hadisəsi baş verib.

NOCOMMENT.az xəbər verir ki, hadisə mayın 31-də 28 May qəsəbəsində qeydə alınıb.

1996-cı il təvəllüdlü Taleh Qurbanov qəsəbədə yerləşən evdə bacısının əri, Yevlax sakini 1989-cu il təvəllüdlü Qəlbinur Məmmədovu bıçaqla qətlə yetirib.

Taleh Qurbanov polis əməkdaşları tərəfindən saxlanılıb.

Fakt araşdırılır./APA /