Bakıda kriminal aləmin 100-ə yaxın nümayəndəsi saxlanılıb – BANDOTDEL əməliyyat keçirdi

Bakıda kriminal aləmin 100-ə yaxın nümayəndəsi saxlanılıb – BANDOTDEL əməliyyat keçirdi

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Bakıda restoranların birində tolpantı keçirən kriminal aləmin nümayəndələrinə qarşı əməliyyat keçirib.

NOCOMMENT.az DİN-ə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin (Bandotdel) əməkdaşları həmin toplantıya basqın edib və hazırda əməliyyat davam edir

Qeyd edək ki, gecə saatlarında həyata keçirilən əməliyyat nəticəsində 100-ə yaxın şəxs saxlanılıb.

Qeyd edək ki, əməliyyat barədə ilk məlumatı “Qafqazinfo” yayıb.