DƏHŞƏT: Azərbaycanlı qadın 7 yaşlı oğlunu qayçı ilə qətlə yetirdi - VİDEO

DƏHŞƏT: Azərbaycanlı qadın 7 yaşlı oğlunu qayçı ilə qətlə yetirdi - VİDEO

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Bolnisi rayonunda tükürpədici cinayət hadisəsi baş verib. Rayon sakini olan azərbaycanlı qadın öz doğma övladını amansızlıqla qətlə yetirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Bildirilib ki, 42 yaşlı Svetlana Əhmədova 7 yaşlı oğlu F.Əhmədova qayçı ilə çoxsaylı zərbələr endirərək onu qətlə yetirib.

Dəhşətli qətl hadisəsindən sonra qadın öz həyatına qəsd etməyə cəhd göstərib. O, bıçaqla özünə ağır xəsarətlər yetirsə də, hadisə yerinə çağırılan həkimlərin müdaxiləsi nəticəsində onun həyatını xilas etmək mümkün olub.

Cinayəti törətməkdə şübhəli bilinən Svetlana Əhmədova artıq Gürcüstanın hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Baş vermiş ağır cinayət faktı ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 109-cu (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Sara,
NOCOMMENT.az