Biləsuvarda tanışlar arasında mübahisə birinin bıçaqlanması ilə nəticələnib.
NOCOMMENT.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.
Mübahisə zamanı 19 yaşlı Məhəmmədəli Hüseynzadə tanışı Səməd Buludlunu bıçaqla vurub.
S.Buludlu ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.













