Yekaterinburq polisi bir neçə nəfəri saxlayıb, onların arasında kriminal avtoritet Marsel Həsənov da var.
NOCOMMENT.az lent.az-a istinadən bildirir ki, hadisə Proezjaya küçəsində yerləşən “Xəzər” kafesinin yaxınlığında baş verib. Həmin şəxslə “Mercedes” markalı avtomobildə onu müşayiət edənlər olub. Əməliyyat çərçivəsində ümumilikdə 4 nəfər saxlanılıb.
“Onların avtomobilindən “Makarov” tapançasına bənzər bir neçə sənədsiz əşya aşkar edilib”, – məlumatda vurğulanır
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən bir sıra zəruri ekspertiza və yoxlamalar aparılır. Araşdırmanın nəticələrinə əsasən lazımi tədbirlər görüləcək.












