Lotu Qulinin qatili Xan DANIŞDI – FOTO/VİDEO

Lotu Qulinin qatili Xan DANIŞDI – FOTO/VİDEO

Türkiyə polisi qanuni oğru Nadir Səlifovu öldürməkdə ittiham olunan 25 yaşlı kriminal avtoritet Xaqan Zeynalov (Xan Əhmədlinski) və 26 yaşlı Əmir Əhmədlidən ifadə alıb.

NOCOMMENT unikal.org-a istinadən xəbər verir ki, bu barədə “Hurriyet” qəzeti yazır.

“Mən onu, ümumiyyətlə, sevmirdim. Bir böyümüşük, mən onun cangüdəni idim. Xoşuma gəlməsə də, bu işi görürdüm. Ona görə də onu öldürdüm”, – deyə avtoritet bildirib.

Xaqan Zeynalov əlavə edib ki, qətl zamanı Əmir Əhmədli onu maşında gözləyib.