Məlum olduğu kimi tanınmış azərbaycanlı kriminal avtoritet, “qanuni oğru” Nadir Səlifov (“Lotu Quli”) İstanbulda güllələndi.
NOCOMMENT.az “Lotu Quli” kimi tanınan Nadir Şərifov haqqında onu yaxından tanıyan jurnalist Ruslan Bəşirlinin fikirlərini təqdim edir:
“Siyasəti bizim bəzi siyasətçilərdən daha yaxşı bilirdi. Mütaliyəsi güclü idi, hər gün gündəlik mətbuatı və ən müxtəlif kitablar oxuyurdu. Yüksək liderlik qabiliyyətinə malik idi. Dini qaydalara müxtəlif dövrlərdə əməl edib, bəzi vaxtlarda etməsə də dini pis bilmirdi. Siyasətə baxışları dindar-ülküçü baxışlarına yaxın idi. Vətənpərvər olduğunu isə heç vaxt gizlətməzdi. Azərbaycan, Türkiyə bayraqları və Osmanlı gerbi önündə çəkdirdiyi şəkil “oğru dünyası” üçün inqilab mahiyyətli idi.
Postsovet məkanı üçün xarakterik olan “oğru dünyası” üçün bu şəkilin nə anlam daşıdığını bilənlər bilir. Quliyə qədər heç bir “oğru” bu cəsarəti edə bilməzdi.
Bu streotipləri yalnız Quli kimi xarakterə malik olanlar qıra bilərdi. Tovuz döyüşləri zamanı da ermənilərə qarşı sərt münasibət sərgiləmişdi. Qulinin həbsdən sonrakı dövrdə Rusiya ilə münasibətlərinin çox pis olduğu haqda məlumatlar var. Rusiyanın onu dəfələrlə Türkiyədən istədiyi, lakin Ankaranın Qulini ruslara təslim etmədiyi haqda da informasiyalar mövcuddur.
PS. Bu arada “qanuni oğru”ların həyat fəlsəfəsi, yaşam “qanunları” mənlik deyil. Heç kimə də, xüsusən də gənclərə “oğru qanunları” ilə yaşamağı tövsiyyə etmirəm. Bu həyatın nə dünyanız, nə də axirətiniz üçün bir faydası yoxdur”.












