Məşhur kriminal avtoritet vəfat etdi — FOTO

Məşhur kriminal avtoritet vəfat etdi — FOTO

Kriminal aləmdə Rafo Rustavski kimi tanınan şəxs vəfat edib.

NOCOMMENT.az-ın məlumatına görə, o, milliyətcə azərbaycanlıdır.

Əsl adı Rafael olan bu şəxsin müxtəlif cinayətlərdən bir neçə dəfə Bakının həbsxanalarında cəza çəkdiyi bildirilir.

Onun məşhur "oğru" Nadir Səlifovla yaxın olduğu deyilirdi.

Məlumata görə, Rafo Rustavski keçən il cəza müddətini bitirdikdən sonra Azərbaycanı tərk edib. Onu Türkiyə, Dubay və başqa ölkələrdə görüblər. Xəstəliyi ilə bağlı son aylar gürcüstana gələn avtoritetin orda dünyasını dəyişdiyi bildirilir.\\demokrat.az