Bakıda 4 nəfər dənizdə batdı

Bakıda 4 nəfər dənizdə batdı

Xəzərdə 4 nəfər batıb.

Bu barədə NOCOMMENT.az -a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən xəbər verilib.

Nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində ən yaxın xilasetmə məntəqəsindən 3 kilometr aralı, dənizdə nəzarətsiz ərazidə 4 nəfərin batması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli gəmilərə nəzarət və sularda xilasetmə dövlət xidmətinin dalğıcları çağırış üzrə cəlb olunub.

Hazırda dalğıc-xilasedicilər vətəndaşların batdığı ehtimal olunan istiqamətlər üzrə axtarışlar aparır.

Əlavə məlumat veriləcək.