"Pobeda" aviaşirkətinə məxsus təyyarə uçuş zamanı siqnal verərək marşrutunu dəyişib.
NOCOMMENT.az xəbər verir ki, Gümrüdən Moskvaya uçan "Boeing" markalı sərnişin təyyarəsi Dağıstan üzərində olarkən "general emergency" (ümumi fövqəladə vəziyyət) siqnalı verib. Ekipajın qərarı ilə təyyarə 3 min metr yüksəkliyə enərək Mahaçqala hava limanına yönləndirilib.
Aviaşirkətin mətbuat xidmətindən verilən məlumata görə, təyyarə Mahaçqaladakı ehtiyat aerodroma uğurla eniş edib. Sərnişinlərin və ekipaj üzvlərinin həyatına heç bir təhlükə olmadığı bildirilir. Hazırda mütəxəssislər hava gəmisinin texniki vəziyyətini qiymətləndirirlər. Fövqəladə vəziyyətin dəqiq səbəbləri hələlik açıqlanmır.












