Azərbaycanın sevilən teleaparıcısı, Əməkdar artist Nərgiz Cəlilova podiuma çıxaraq hər kəsi özünə heyran qoyub.
NOCOMMENT.az xəbər verir ki, məşhur aparıcı tanınmış dizaynerin moda nümayişində iştirak edib. O, səhnədəki peşəkar addımları, kübarlığı və zərifliyi ilə gənc modellərdən heç də geri qalmadığını bir daha sübut edib. İllər keçsə də, formasını və gözəlliyini qoruyub saxlayan Cəlilovanın bu çıxışı sosial şəbəkələrdə böyük maraqla qarşılanıb və izləyicilər tərəfindən yüksək qiymətləndirilib.
Xatırladaq ki, Nərgiz Cəlilova karyerasına məhz diktor və aparıcı kimi AzTV-də başlayıb və uzun illər bu kanalın ən parlaq simalarından biri olub. Hazırda o, pedaqoji fəaliyyətlə yanaşı, müxtəlif mədəniyyət layihələrində də aktiv iştirak edir.
Sara,











