“Rusiya ordusu mayın 6-da gecə yarısından sonra aktiv döyüş əməliyyatlarını davam etdirib və Ukraynanın təklif etdiyi atəşkəs rejimini rədd edib”.
NOCOMMENT.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski hərbçilərlə görüşdən sonra yazıb.
O qeyd edib ki, hərbçi və kəşfiyyatımızın axşam hesabatlarına əsaslanaraq, növbəti addımlarımızı müəyyən edəcəyik.
Zelenski xatırladıb ki, Ukrayna Rusiyanın mayın 8-9-da atəşkəs elanına cavab verəcəyini vəd edib./Qafqazinfo/











