"Mən bu qıza ZÜLM ETDİM"

"Mən bu qıza ZÜLM ETDİM"

Şair və qiraətçi Nazilə Səfərli barışdığı rəqqasə Fatimə Fətəliyeva ilə bağlı açıqlama verib.

NOCOMMENT.az xəbər verir ki, Nazilə Səfərli atasının mərasimində baş verənlərdən söz açaraq, bir çox tanınmış şəxslərin tədbirə qatıldığını bildirib. O, qeyd edib ki, Fatimə Fətəliyevanın mərasimə gəlməsi onda qarışıq hisslər yaradıb.

Şairə bildirib ki, rəqqasənin həmin mərasimə gəlmək cəsarəti olduğu halda, atasının xəstəxanada olduğu dövrdə onu ziyarət etməməsi onu düşündürüb. Onun sözlərinə görə, əgər həmin vaxt bir dəfə də olsa baş çəkilsəydi, aralarındakı inciklik daha tez aradan qalxa bilərdi:

"Atamın mərasiminə hamısı gəldi, bəzilərinə heyrət qaldım. Fatimə də gəlmişdi. Düşündüm ki, bizim qapıya gələcək qədər ürəklisənsə, elə atam xəstəxanada yatanda bir dəfə ziyarətə gəlsəydin, səni bağışlayardım, bu qədər uzatmazdın. Mən bu qıza haqsızlıq etmişəm, amma qüruruma toxunulmuşdu. Heç kimin ailəsi haqqında belə sözlər demək olmaz. Elə söz var ki, insanı məhv edir, yuvalar dağıdır. İnsanları bu cür aşağı vurmaq düzgün deyil. Bu məsələdə günahım yox idi, olsa belə, o söz deyilməməli idi".

Nazilə Səfərli həmçinin etiraf edib ki, qarşı tərəfə qarşı sərt davrandığı məqamlar olub. O vurğulayıb ki, müəyyən sözlər insanın qüruruna toxuna bilər və ailə ilə bağlı deyilən fikirlər xüsusilə ağır təsir göstərir.

Sonda o əlavə edib ki, bəzi ifadələr münasibətlərə ciddi zərbə vurur və insanların bir-birinə qarşı bu cür yanaşması düzgün deyil. Bu açıqlama sosial mediada müzakirələrə səbəb olub. Milli.az

Bizim Telegram səhifəsinə abunə olun