TƏCİLİ! İsrail bu ölkəni bombaladı - Dəhşət yaşanır

TƏCİLİ! İsrail bu ölkəni bombaladı - Dəhşət yaşanır

İsrail Müdafiə Qüvvələri (SAXAL) Livanın paytaxtı Beyrutun cənubuna hava zərbələri endirib. İsrailin Baş naziri Benyamin Netanyahunun verdiyi məlumata görə, hücumun əsas məqsədi "Hizbullah"ın elit "Radvan" bölməsinin komandirini hədəf alaraq zərərsizləşdirmək olub. Beyrutun Dahiyə bölgəsindəki yaşayış binasına endirilən raket zərbələri nəticəsində bölgədə güclü partlayış və dağıntılar qeydə alınıb.

NOCOMMENT.az xəbər verir ki, Netanyahu bu addımı İsrailin təhlükəsizliyini qorumaq üçün zəruri əməliyyat kimi qiymətləndirib. O, bir daha vurğulayıb ki, İsrail dövlətinə təhdid yaradan hər bir terrorçu qüvvə və onların rəhbərləri harada olmalarından asılı olmayaraq hədəf alınacaq. Hazırda İsrail ordusu bütün cəbhə boyu yüksək hazırlıq vəziyyətinə gətirilib və əməliyyatların gedişatı rəhbərlik tərəfindən yaxından izlənilir. Livan tərəfi isə hələlik itkilər və hücumun nəticələri barədə rəsmi açıqlama verməyib.

Bizim Telegram səhifəsinə abunə olun