Rəqsanə İsmayılova hazırda həbsdə olan prodüser Təranə Səmadovanın qızı Suellə bağlı paylaşım edib.
NOCOMMENT.az xəbər verir ki, o, övladları ilə birlikdə Suelin də fotosunu paylaşaraq yazıb:
“Allah sizi xoşbəxt etsin, gözəl balalarım”.
Müğənni Təranə Səmədovanın böyük qızı Suelə analıq edir. Həbsdə olan prodüserin qızı uzun müddətdir ki, Rəqsanənin himayəsində, onun evində yaşayır.











