Türkiyəli məşhur müğənni Niran Ünsal narkotik əməliyyatı çərçivəsində saxlanılıb.
NOCOMMENT.az xəbər verir ki, əməliyyat Bakırköy Respublika Prokurorluğunun rəhbərliyi ilə həyata keçirilib. İstintaq zamanı əldə olunan məlumatlar və rəqəmsal materiallar əsasında bəzi tanınmış şəxslərin narkotik maddə istifadə etdiyi müəyyən olunub.
İstanbul Jandarma Komandanlığının əməkdaşları İstanbulun bir neçə rayonunda və Muğlada ümumilikdə 25 ünvana əməliyyat keçirib. Saxlanılanlar arasında müğənni Niran Ünsalın da olduğu bildirilib.
Qeyd edək ki, sənətçinin əsl adı Fatma Uludan Canevidir. O, Türkiyədə pop və arabesk musiqisinin tanınmış simalarından hesab olunur.













