Araşdırmalara görə hər gün bir ovuc badam yemək ayaqların formada qalmasına kömək edir. Badam hətta beldə olan artıq yağları yox edə bilir. Bəs badamın digər faydaları nədir?
NOCOMMENT.az badamın digər faydalarını sizə təqdim edir.
Dərini qoruyur
Günəşdən gələn ultrabənövşəyi şüalara görə dəri sürətlə qocalmağa başlayır ancaq badamın tərkibində olan E vitamini bu prosesə qarşı savaşır.
Ürək xəstəliyi riskini azaldır
Qanda xolestrol səviyyəsinin yüksək olması ürək-damar xəstəliklərinin yaranmasına səbəb olur. Hər gün təxminən 20 dənə badam yemək isə qanda olan xolesrtol səviyyəsini aşağı salır.
Arıqlamağa kömək edir
Badamın tərkibində karbohidratın az yağın çox olması insanın tox qalmasına səbəb olur. Meyvə kimi karbohidratı bol olan yeyəcəklərin yanında badam yemək məsləhət görülür.
Qan təzyiqini aşağı salır
Dietoloqların sözlərinə görə yüksək qan təzyiqi hipertoniya,infarkt və iflic olmağa qədər gətirib çıxarır. Badamın tərkibindəki maqnezium isə bu risklərə qarşı qoruyur. Ancaq qan təzyiqini yüksəltməməsi üçün duz ilə qovrulmamış, çiy badamın yeyilməsi məsləhət görülür.
Qəbizliyə faydası var
Badamın tərkibindəki yağ qəbizliyin aradan qalxmasına kömək edir.
Sümükləri gücləndirir
Sümüklərin inkişafı üçün kalsium və maqneziumun əhəmiyyəti böyükdür. Süd və qatıq yeməyən özəlliklə vegeteriyanların badam yeməsi vacibdir.
Damar sərtliyinin qarşısını alır
Xolestrolun çox olması damar sərtliyinə səbəb olur. Bu da ürək-damar xəstəliyinə yol açır. Badamın tərkibindəki E vitamini isə bunun qarşısını almağa kömək edir.
Xərçəngə qarşı qoruyur
Araşdırmalara görə badam xərçəng riskinin azalmasına kömək edir.
Mütəxəssislərin sözlərinə görə gündə 20 ədəddən artıq badam yemək məsləhət görülmür.











