Mütəxəssislər əvvəllər zərərli hesab olunan qidalardan imtina etməyin orqanizmə yararlı olmadığını sübut ediblər. Əksinə bunun sağlamlığa mənfi təsir göstərdiyini bildiriblər.
NOCOMMENT.az xəbər verir ki, həkimlər artıq çəkidən azad olmaq istəyənlərin çörəkdən tam imtina etməyi məsləhət görmürlər. Onlar kəpək unundan hazırlanan çörəklərin olduqca faydalı, vitamin və minerallarla zəngin olduğunu bildiriblər. Bununla yanaşı dondurulmuş qidaların zərərli olmadığı da açıqlanıb.
Gözəl bədən quruluşuna sahib olmaq istəyənlər yağlı qidalardan demək olar ki, uzaq dururlar.Ancaq sübut olunub ki, omeqa 3 və omeqa 6 ilə zəngin olan balıq, avakado, qoz yağları insan orqanizmi üçün olduqca faydalıdır. Bu qidalar qan təziqini azaldır.
Əvvəllər qəhvənin xərçəngə səbəb olduğunu bildirsələr də, müasir araşdırmalar bu fikrin əssasız olduğunu göstərir. Gündə 2 və ya 3 dəfə içilməsi tövsiyyə olunan qəhvənin zehni qabiliyyəti inkişaf etdirdiyi məlum olub.











