Amerikalı alimlər sitrus meyvələri olan portağal və limonun insanları xərçəngin beş ölümcül növündən qoruduğunu sübut ediblər.
NOCOMMENT.az xəbər verir ki, araşdırmanın müəllifləri Sara Bryuer və Culyetta Kellou “Uzun ömür yaşamaq- bədənin sağlam qalması üçün nə lazımdır” adlı kitabda bu barədə geniş məlumat veriblər. Araşdırmada portağal və limonun xərçəng riskini 40% azaltdığı sübut olunub.
Siz bu meyvələrdən tez-tez istifadə edərək qırtlaq, ağız, qida borusu, mədə və udlaq xərçənginə yaxalanma riskini azalda bilərsiniz.
Mütəxəssislərin sözlərinə görə naringi, portağal və limon ölümcül xəstəliklərdən qoruyan antioksidant və 170-dən çox vitaminlərlə zəngindir.











