Qan qrupuna görə xəstəlik riskləri

Qan qrupuna görə xəstəlik riskləri

Mütəxəssislər qan qrupu sayəsində insanların əziyyət çəkdiyi xəstəlikləri öyrənməyin mümkün olduğunu açıqlayıblar.

NOCOMMENT.az xəbər verir ki, qan qrupuna görə insan müəyyən xəstəliklərə meyilli ola bilər.

Uzun ömürlülər kimi tanınan 1-ci qan qrupuna aid olan insanlarda daha çox ürək-damar xəstəliklərinə rast gəlinir.

2-ci qan qrupuna sahib olanlar isə soyuqdəymə, infeksiya, diabet xəstəliklərinə meyilli olurlar. Demək olar ki, onların çoxunda xroniki yorğunluğa rast gəlinir.

Radikulit və artrit xəstəliklərindən əziyyət çəkən 3-cü qan qrupuna aid olanlar həm də tez-tez boğaz ağrısı ilə qarşılaşırlar. Onlarda həmçinin bağırsaq, mədə-bağırsaq xərçənginə də rast gəlinə bilər.

Tez-tez xəstə olan 4-cü qan qrupuna sahib olanlara isə ən güclü zərbəni infeksiyalar vurur. Bu insanların hər növ infeksiyalara yoluxma riski digərlərinə nisbətən çoxdur. Adətən bu qan qrupunda doğulan körpələr ürək xəstəliklərinə meyilli olur.