Sağlıqlı və gözəl saçlara sahib olmaq hər kəsin xəyalıdır. Saçlarınızın hər zaman baxımlı və parlaq görünməsi üçün isti və quru havalarda onların qayğısına daha çox qalmalısınız.
NOCOMMENT.az xəbər verir ki, saçı tez-tez yumaq saç uclarını qurudaraq onların qırılmasına və saç köklərinin isə yağlanmasına səbəb olur. Çalışın ki, saçınızı 3 gündən bir və çox da isti olmayan su ilə yuyun. İsti su saç dərinizdə olan qoruyucu təbəqəni əridərək onları zədələyə bilər.
Qurudarkən və ya forma verərkən fendən yüksək tempraturda istifadə etməkdən çəkinin.Bundan başqa saçlarınızı çox sıx yığaraq onları zədələyən aksesuarlardan istifadə etməməyiniz məsləhət görülür.
Əgər saç dərinizdə sədəf, eqzema və ya digər xəstəliklər varsa mütləq şəkildə dermotoloqa müraciət edərək müalicəvi tərkibli xüsusi şampunlardan istifadə edin.
Orqanizmdə E, B, D, B1 və B6 vitaminlərinin çatışmazlığı saç tökülməsinə səbəb olur. A vitaminin olmaması isə saçların qırılmasına və kəpəyin yaranmasına şərait yaradır. C və B12 vitaminləri isə saçları qidalandıraraq uzanmasına kömək edir.
Yalnız mütəxəssis məsləhətindən sonra bu vitaminləri qəbul edərək daha sağlıqlı saçlara sahib ola bilərsiniz.












