Səssiz qatil evinizdə: Hər gün toxunduğunuz bu əşya sizi ölümə aparır

Səssiz qatil evinizdə: Hər gün toxunduğunuz bu əşya sizi ölümə aparır

Bəzən ən böyük təhlükələr gözlə görünməyən və ya ən çox güvəndiyimiz yerlərdə, məhz evimizin içində gizlənir. Gündəlik həyatımızın ayrılmaz hissəsi olan, lakin sağlamlığımız üçün "saatlı bomba"ya çevrilən bu əşyalardan biri də köhnəlmiş və ya keyfiyyətsiz plastik qablardır.

Bir çoxlarımız mutfağımızda, soyuducumuzda yemək saxlamaq üçün plastik qablardan, plastik butulkalardan təkrar-təkrar istifadə edirik. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, bu vərdiş birbaşa ölümə aparan yolun başlanğıcı ola bilər. Xüsusilə tərkibində "Bisphenol A" (BPA) və ftalatlar olan plastik məhsullar zamanla qidaya sızaraq insan orqanizmində hormonal pozuntulara, sinir sisteminin iflicinə və ən qorxulusu, xərçəng xəstəliyinin sürətlə inkişafına səbəb olur. İstiliklə təmasda olduqda bu zəhərli maddələrin qana keçmə sürəti daha da artır ki, bu da daxili orqanların geri dönməz zədələnməsi ilə nəticələnir.

NOCOMMENT.az xəbər verir ki, təhlükə yalnız plastiklərlə bitmir; məişətimizdə "səssiz qatil" adlandırılan dəm qazı da hər il yüzlərlə insanın həyatına son qoyur. Qoxusuz və dadsız olan bu qaz, nasaz qaz sobalarından, qızdırıcılardan və ya bacaların düzgün təmizlənməməsindən qaynaqlanır. İnsan yatdığı yerdə bu qazdan zəhərləndiyini hiss etmir və nəticə çox vaxt ölümlə bitir. Bundan əlavə, evlərdə saxlanılan köhnə və vaxtı keçmiş təmizlik vasitələri, aerozol balonları və düzgün saxlanılmayan kimyəvi maddələr də hər an partlayış və ya kütləvi zəhərlənmə riski yaradır. Sağlamlığınızı qorumaq üçün evinizdəki plastikləri şüşə qablarla əvəz etmək, qaz cihazlarını mütəmadi yoxlatmaq və istifadə müddəti bitmiş hər bir əşyanı dərhal evdən uzaqlaşdırmaq həyati əhəmiyyət kəsb edir. Unutmayın ki, evdəki səliqəsizlik yalnız vizual problem deyil, həm də həyatınız üçün ciddi bir təhdiddir.

Sara,
NOCOMMENT.az