Smartfonların bu yerlərdə saxlanılması ölümcül ola bilər

Smartfonların bu yerlərdə saxlanılması ölümcül ola bilər

Ekspertlər mobil cihazların saxlanılması qadağan olunmuş yerləri açıqlayıblar.

NOCOMMENT.az xəbər verir ki, alimlər şalvar ciblərini smartfonların saxlanılması üçün ən ölümcül yer olduğunu bildiriblər. Təhlükəli radiasiya yayan cihaz sonsuzluğa və xərçəngə səbəb ola bilər. Ekspertlər yatarkən yastığın altına telefon qoymağı qadağan edirlər. Bu, səhər oyanarkən yuxusuzluğa və baş ağrılarına səbəb ola bilər. Bundan başqa cihazı avtomobilin “bardaçok”unda saxlamaq da olduqca təhlükəlidir.

Bildirilir ki, 3-17 yaş arası uşaqların sinir sistemlərinə mənfi təsir edən smartfonların istifadəsi məhdudlaşdırılmalıdır.

Buna misal olaraq – Apple şirkətinin qurucusu Stiv Jobs nahar vaxtı uşaqlarına smartfondan istifadəni qadağan edib. Ümumilikdə o uşaqlarına müəyyən saatlarda telefondan istifadəyə icazə vermişdi. Microsoft-un qurucusu Bill Qeyts isə uşaqlarına gün ərzində 3-4 saat wifi-dan istifadə etməsinə icazə verir.