"Kocaeli TV" telekanalının aparıcısı Ecem Ercan sosial şəbəkə hesabında paylaşdığı cəsur fotoşəkillərlə yenidən diqqət mərkəzinə düşüb. Cazibədar aparıcının son paylaşımına yazdığı şərh isə sosial mediada fərqli fikirlərin yaranmasına səbəb olub.
NOCOMMENT.az xəbər verir ki, şəxsi hesabından növbəti fotolarını yayımlayan Ecem Ercan paylaşımına “Bu ekranla aramda peşəkarlıqdan daha çox şey var, təsviredilməz bir bağ…” qeydini əlavə edib. Aparıcının bu pozları qısa müddətdə izləyicilər tərəfindən böyük maraqla qarşılansa da, tənqidlərdən də yan keçməyib.
Fotoşəkillərin şərh bölməsində bir çox istifadəçi aparıcının ünvanına sərt ifadələr işlədib.
Sosial media istifadəçiləri tərəfindən yazılan "Rümeysa Cebecilər bitmir", "Reytinq qazanmaq üçün hər yola əl atırlar" və "Eskidən ekranlarda belə tiplər görməzdik" kimi şərhlər diqqət çəkib.
















