Narkotikin təsiri ilə maşın idarə edən sürücü TUTULDUbackend

Narkotikin təsiri ilə maşın idarə edən sürücü TUTULDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərtər rayonunda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyindən NOCOMMENT.az-a verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yoxlamalar zamanı Tural Rzayevin idarə etdiyi “VAZ-2107” markalı avtomobili qayda pozuntusuna yol verdiyinə görə tutublar. Onun hərəkətlərində şübhəli məqamlar olduğu üçün müvafiq müayinəyə dəvət edilib. Müayinə zamanı onun narkotikin təsiri altında avtomobil idarə etdiyi müəyyən olunub.

Sürücünün barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq məsuliyyətə cəlb edilib.